Səbət
0
Ara toplam: 0.00 ₼

“3 alma” III Uşaq Kitab Festivalında iştirak etdi.

10.06.2024

6 – 9 iyun tarixlərində “Abu Arena”da “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə “Yaşıl Dünya naminə Həmrəylik İli”nə həsr olunan III Uşaq Kitab Festivalı keçirilib. “3 alma” uşaq ədəbiyyatı bölməsi oxucularına bütün kitablarına 30-70% endirim təklif etdi. Sərgidə , həmçinin müxtəlif kitab təqdimatlarının, master-klasların, məşhurların “Nağıl saatı”, kukla teatrı, əyləncəli tamaşalar keçirildi. Uşaq yazıçıları Reyhan Yusifqızı, Sevinc Nuruqızı, Zahid Xəlil, Aybəniz İsmayılova, Mürşüd İsayılzadə, Yuliya Kərimova, Xülya Cəfərova, Günel Əliyeva, Qara Qarayev öz oxucuları ilə görüşərək onların suallarını cavabladı, kitablarını imzaladı və xatirə şəkilləri çəkdirdi. Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələri Abdulla Şaiq və Mirzə Ələkbər Sabirin varisləri ilə görüş də xoş qarşılandı.