Səbət
0
Ara toplam: 0.00 ₼

ESSE MÜSABİQƏSİNİN QALİBLƏRİ

21.10.2020

 

Əziz 3 alma oxucuları, hörmətli valideynlər və esse müsabiqəsinin iştirakçıları! 

 

Bildiyiniz kimi biz iyun ayında məktəblilər arasında müsabiqə elan etdik. Bu müsabiqənin adı belə idi: Amazondan Arktikaya: Gecə qırğısının qadağan olunmuş köç səyahəti

 

Müsabiqənin əsas məqsədi o idi ki, pandemiya dövründə həm məktəblilərin vaxtının səmərəli keçməsi üçün onları mütəliəyə həvəsləndirək, həm də onları bir çox maraqlı faktlarla bilgiləndirək! Çünki əsas şərtlərdən biri Ceymi Bastedonun “Gecə qırğısı” kitabını oxumaq və onun əsasında esse yazmaq idi. Bu müsabiqədə 200-dən çox məktəbli iştirak etdi. Və bizim münsiflər heyəti bu 200-dən çox esseni oxuyub onlar arasından 3 qalib seçdi. 

 

I yer – Ayxan Mirzəzadə (Sumqayıt şəhəri, 26 saylı məktəbin şagirdi) 12 yaş
II yer – Zeynəb Nağızadə (Bakı şəhəri, 158 saylı məktəbin şagirdi) 14 yaş

III yer – Rəmziyyə Axundova (Bakı şəhəri, Avropa Azərbaycan Məktəbinin şagirdi) 14 yaş

 

Münsiflər heyətin üzvləri:

Vüsalə Babayeva – Azərbaycan dili və Ədəbiyyatı müəllimi, 

Arzu Cəfərova – Nəşriyyatın redaktoru, 

Elmina Kazımzadə – Təhsil üzrə ekspert və Psixoloq.

 

Qaliblərin esseləri növbəti məqalələrdə yerləşdiriləcək. Ümid edirik ki, onları oxuyanlar da bu kitabı oxumaq həvəsinə düşəcəklər.