Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, məşhur roman müəllifi Dikkens məmur ailəsində anadan olub. Atası borcları ucbatından həbs olunanda məktəbdən uzaqlaşıb və 11 yaşından fabrikdə işləməyə məcbur qalıb. Gəncliyində hüquq bürosunda işə başlayan Dikkens 20 il ərzində həftəlik qəzetin redaktoru olub, 15 roman, 5 povest və yüzlərlə hekayə və məqalə yazıb. 1836-37-ci illərdə nəşr olunan “Keçmiş Pikvik klubunun macəraları” romanı ilə məşhurlaşıb. Əsərlərinin hissə-hissə nəşr olunması Dikkensə hadisələri və obrazları oxucularının rəylərinə əsasən təkmilləşdirmək fürsəti verib. O, xarakterləri və süjetləri real həyatdan götürüb, “Devid Koperfild” romanında isə öz avtobioqrafiyasını yazıb. Əsərlərində uşaq qəhrəmanlarına xüsusi yer verib, uşaq hüquqları və onların təhsil alması uğrunda mübarizə aparıb.