Səbət
0
Ara toplam: 0.00 ₼

Hans Xristian Andersen

Hans Xristian Andersen

Danimarkalı yazıçı H.X.Andersen Odens şəhərində pinəçi ailəsində anadan olub. Atası oğluna oyuncaqlardan ibarət kukla teatrı yaradıb, balaca Hans isə Kopenhagen Kral Teatrının səyyar tamaşalarından təsirlənib. Atasının ölümündən sonra o, anası ilə birgə qulluqçuluq edib, camaşırçılıqla məşğul olub. Məktəbdə təhsil almaqla yanaşı, toxuculuqla məşğul olub, dərzi şagirdi kimi çalışıb, tütün fabrikində işləyib. Hans aktyor olmağa çalışıb, xorda oxuyub, dram və komediyalar yazıb, Kopenhagen Universitetinə daxil olub, səyyah kimi tanınıb. Andersen məşhur nağıllarından başqa 20-dək səyahətnamə, 50-yə yaxın pyes, 6 roman, librettolar, şeirlər yazıb. UNESCO-nun tərcümə biblioqrafi yasına görə, o, dünya üzrə əsərləri başqa dillərə tərcümə olunan yazıçılar sırasında 8-ci yerdə gəlir.