Səbət
0
Ara toplam: 0.00 ₼

Luiza Mey Alkot

Luiza Mey Alkot

ABŞ yazıçısı Luiza Mey Alkot Filadelfiyada, transsendentalist Amos Branson Alkotun ailəsində dünyaya gəlib. Ailənin dörd qızından biri olan Luiza tikiş tikib, dayə, tibb bacısı kimi çalışıb, abolisionist, feminist kimi tanınıb, qadın haqları uğrunda mübarizə aparıb. “Çiçək təmsillər” adlı kiçik hekayələr toplusu Luiza Mey Alkotun ilk kitabı olub. Yazıçı “Balaca qadınlar” (1868) romanı ilə məşhurlaşıb, sonralar “Yaxşı həyat yoldaşları” (1869), “Balaca kişilər” (1871), “Conun oğlanları” (1886) romanları çap olunub. XIX əsrin II yarısı ABŞ-nin sosial-mədəni həyatının əks olunduğu romanlarında əsas qəhrəman Conun prototipi müəllifin özüdür. Luiza Mey Alkotun “Miras” adlı romanı 1849-cu ildə yazılsa da, yalnız 1997-ci ildə çap olunub. “Balaca qadınlar” romanı əsasında 2019-cu ildə film çəkilib.