Səbət
0
Ara toplam: 0.00 ₼

Viktoriya Ni

Viktoriya Ni

O, 25 ildən çoxdur ki, şahmat oynayır və öyrənir. İlk dəfə 7 yaşında anası ilə şahmat oynamağa başlayıb və sonradan qrossmeyster Janis Klovansdan təlim alıb. 2010-cu ildə Qadınlar arasında Beynəlxalq Qrossmeyster titulunu qazanıb. Latviyada qadınlar arasında keçirilən sürətli şahmat çempionatında 2 dəfə qalib olub (2004, 2005). 2009-cu ildə Latviyada gənc qızlararası U18 çempionu və həmin ildə Avropada qızlar arasında U18 sürətli şahmat çempionu olub. Viktoriya 2012-2015-ci illərdə Qadınlar Milli Komandasının üzvü olaraq bir çox beynəlxalq turnirdə ABŞ-ni təmsil edib. 2012- 2013-cü illərdə ABŞ-də ən U21 qadın şahmatçısı olub. O, iki dəfə ABŞ Qadın Şahmat Çempionatında 4-cü yeri tutub (2012, 2015). Viktoriya, 13 ildir ki, həm canlı, həm də onlayn dərslərdə minlərlə şagirdə təlimlər keçir. O, şahmat tədrisi proqramları hazırlayıb, digər şahmat müəllimlərinə təlim keçib və Nyu-Yorkda uğurlu şahmat proqramları təşkil edib. Onun bir çox şagirdi milli və beynəlxalq yarışların iştirakçısı olub. Şahmatdan əlavə səyahət etməyi, oxumağı, piklbol oynamağı və yenilikləri öyrənməyi sevir.