Səbət
0
Ara toplam: 0.00 ₼

Valideynlər və müəllimlər üçün qeyd

Valideynlər və müəllimlər üçün qeyd

Uşağınıza hər gün kitab oxumağınız çox vacibdir. Uşağınızla kitab paylaşmaq heç vaxt gec deyil. İstər çox kiçik, istərsə də gənc olsunlar, sizin yüksək səslə kitab oxumağınız onlara faydalıdır. Sizin yüksək səslə kitab oxumağınızın uşaqlarınıza nə xeyri dəyir?
 • Onlar yaxşı oxucu, yaxşı dinləyici və yaxşı tələbə olurlar.
 • Onlar söz ehtiyatlarını zənginləşdirirlər.
 • Onlar uşaqların sevimlisinə çevrilmiş yazıçıları və rəssamları kəşf edirlər.
 • Onlar yaxşı hekayənin necə qurulduğunu başa düşür və bunu inkişaf etdirirlər. Bu da onların hekayə danışmaq bacarığını inkişaf etdirir.
 • Onlar kitabları sevməyi öyrənir və özləri kitab oxumaq arzusunda olurlar. 

Valideynlər və müəllimlər üçün qeyd

Birgə dərs planı 9-cu sinif şagirdləri, 2-ci sinif şagirdləri ilə təlim prosesində

Dərsin məqsədi:
Şagirdlər:
 • Mo Uilyemsin həyat və yaradıcılığı ilə bağlı sadə sualları cavablandıracaq.
 • Onun yaradıcılığının əsas qəhrəmanlarının adlarını öyrənəcək.
 • Müəllifin ən azından bir kitabını oxuyacaq.

Dərsin aktivitiləri:
1. Mo Uilyemsin şəkli lövhədə göstərilir və şagirdlər onun həyatı ilə bağlı suallar verməyə həvəsləndirilir. (5 dəq)
2. Mo Uilyemsin animator olmasını şagirdlərə başa salmaq məqsədilə onlara , onun animatoru olduğu “SİZAM KÜÇƏSİ” adlı cizgi filmi nümayiş etdirilir. (2dəq)
3. Mo Uilyemsin yazıçı olduğunu başa salmaq üçün onun müəllifi olduğu kitablar şagirdlərə göstərilir.
4. Bəzi heyvanların şəkilləri lövhədə göstərilir və şagirdlər onların adlarını söylədikdəndən sonra, onların kitabdakı adları öyrədilir. (5-7 dəq)
5. Kitab qəhrəmanlarının adlarını (göyərçin, bala dovşan, donuz balası,pişik) öyrənməyə həvəsləndirən və şagirdləri fəallaşdıran QAÇ, DUR, GÖSTƏR oyunu keçirilir.
6. Şagirdlər qruplarda 15 dəqiqə ərzində kitab oxuyur.
7. Şagirdlər qruplarda heyvan maskaları düzəldir və şarların üzərində heyvanları çəkir. (20 dəq)
8. Şagirdər “Göyərçini avtobus sürməyə qoyma “ kitabının animasiyasına baxır.
9. Qiymətləndirmə (5 dəq)

Valideynlər və müəllimlər üçün qeyd