Qayıqda üç kişi (iti saymasaq)
İngilis dilindən tərcümə
Cerom K.Ceromun "Qayıqda üç kişi" povesti orijinaldan dilimizə tərcümə olunaraq, ilk dəfə nəşr olunan əsərlərindəndir. O, incə yumor hissi ilə qələmə alındığından Qərb ədəbiyyatının məzəli, əyləncəli xarakter daşıyan əsərləri içərisində ən böyük oxucu auditoriyası qazanıb.
Povest səyahətə çıxan üç dostun yol sərgüzəştlərinə - üzləşdikləri "qəzavü-qədər"in təsvirinə həsr edilib. Qəhrəmanların özünün də dediyi kimi, axına qarşı üzmək kimi bir xarakterə sahibliyindən doğan inadkarlıq yolboyu onları maraqlı vəziyyətlərlə qarşılaşdırır, eyni zamanda darıxmağa qoymur.
Məzəliliyi ilə yanaşı, müəllifinin dediyi kimi, həm də özündə "dəyişməz, sarsılmaz həqiqət daşıması"nın diqqət çəkməsi əsəri ciddi ədəbiyyatdan heç də geri qoymayan amildir.
"Zarafat dolu inadkarlıq", "dostluq" anlayışları kitabboyu rəngarəng tonlarla vurğulanır. Əsər yalnız uşaq və yeniyetmələr deyil, müxtəlif yaş kateqoriyalarına aid oxucular üçün nəzərdə tutulub.
- 224 səhifə
- Yaş Kateqoriyası: 14 yaşından yuxarı
- Yumşaq üz qabığı
- Əlavə: İngilis dilindən tərcümə
- ISBN: 9789952494839
- Qiymət : 8.40 AZN
-
Müəllif:
Cerom K. Cerom
-
İllüstrator:
Ruhulla Həsənzadə