Səbət
0
Ara toplam: 0.00 ₼

Ərəb nağılları

TEZLİKLƏ
Books Icon

Ərəb nağılları
Ingilis dilindən tərcümə

“Ərəb nağılları” zəngin Şərq folklorunun təmsil, nağıl və macəra hekayələri toplusudur. Vafa Tarnovskanın uşaqlar ü̈çün yenidən işlədiyi bu nağıllar XIV əsr Suriya əlyazmalarına aid səkkiz macəra əsasında qələmə alınıb. Bu kitabda nənələrimizin danışdığı, uşaq və böyüklərin, şah və şahzadələrin, varlı və kasıbların maraqla dinlədiyi nağıllar toplanıb.

..Mədainin qəzəbli hökmdarı Şəhriyarın xanımı ona xəyanət edir. Bundan sonra şah evləndiyi qadınları toy gününün səhəri öldürür. Təkcə bir qadın – Şəhrizad hökmdarın yarasına məlhəm olacağına inanır. O, hər gecə hökmdarla birlikdə sehrli küpələrin, almaz xalxalların, əsrarəngiz şeyxlərin, vəfalı şahzadələrin, uçan xalçaların və möhtəşəm sarayların olduğu sirli nağıllar aləminə səyahət edir.

  • 160 (rəngli) səhifə
  • Yaş Kateqoriyası: 8 yaşından yuxarı
  • Yumşaq üz qabığı
  • Əlavə: Ingilis dilindən tərcümə
  • Ölçü: 142x207mm
  • ISBN: 9789952311921
  • Qiymət : 10.00 AZN
  • Müəllif: Vafa Tarnovska
  • İllüstrator: Karol Henaf
10.00