ƏSL HƏQİQƏT
İngilis dilindən tərcümə
Nə baş verdiyini öyrənməli idim.
Belə bir sadə səbəbim vardı.
Mən bilməli idim!
Travisin valideynləri avtomobil qəzasında vəfat edirlər. Bu hadisə adi yol qəzası kimi görünsə də, Travisdə şübhə yaranır.
Başına gələn faciəni unutmaq və onu narahat edən suallara cavab tapmaq üçün o, valideynlərinin işlədiyi təhqiqat agentliyinə gedib, onların araşdırdığı son işlə maraqlanmağa başlayır. Dərhal da elə bir müəmma ilə qarşılaşır ki, bunun içindən çıxmaq müşkül məsələyə çevrilir. Görəsən, niyə Travisin valideynləri itkin düşdüyü iddia edilən bir oğlanı təkidlə axtarmağa çalışırdılar? Bu şəxs harada idi? Bəlkə, qaçmışdı və ya təhlükəli işlə məşğul idi? Görəsən, niyə MKA və Mİ5, o cümlədən, "Omeqa" adlanan gizli təşkilat itkin düşmüş yeniyetmənin işi ilə bu qədər maraqlanırdı?
Travis bu suallara cavablar axtararkən, şübhələrinin heç də əsassız olmadığını sübut edən faktlar ortaya çıxır. Bəlkə də onun valideynlərini öldüyü itirdiyi faciəvi avtomobil qəzası əslində, heç qəza deyilmiş?
- 308 (ağ-qara) səhifə
- Yaş Kateqoriyası: 12 yaşından yuxarı
- Yumşaq üz qabığı
- Əlavə: İngilis dilindən tərcümə
- Ölçü: 130x197
- ISBN: 9789952513653
- Qiymət : 7.90 AZN
-
Müəllif:
Kevin Bruks