Səbət
0
Ara toplam: 0.00 ₼

ZƏFƏRİ YAŞAYANLAR, YAŞADANLAR

TEZLİKLƏ
Books Icon

ZƏFƏRİ YAŞAYANLAR, YAŞADANLAR
Şuşa ilinə həsr olunur

Bu döyüş hekayələrində hadisələr elə qızğın və gözlənilməz davam edir ki, baş verənlərə sakitcə baxmaq, kitabı sakitcə vərəqləyib oxumaq mümkün deyil. Bədii təsvirlər 44 günlük Vətən müharibəsinin real hadisələri müstəvisində təqdim edilir, əsgər və zabitlərimizin vətənpərvərliyi, qorxmazlığı, döyüş bacarığı, əzmkarlığı tərənnüm olunur. Sadə həyat hekayələri ilə yanaşı, müəllif Azərbaycan xüsusi təyinatlılarının döyüş əməliyyatları haqqında danışır, Hadrut döyüşünün sirlərini açır. Oxucu gah düz müharibənin ortasına düşür, gah da özünü bədəninə doladığı üçrəngli bayrağımızı Şuşada asmaq üçün silahdaşına əmanət edən yaralı döyüşçünün yerində hiss edir. Yaxud düşmən tankları ilə üz-üzə qalan Azərbaycan zabitinin qanlı döyüş zamanı duyduqlarını ürəyindən keçirir. Bəzən də təkbaşına düşmən snayperini əsir götürən kəşfiyyatçının cəsarəti, silahdaşlarını xilas etmək üçün düşmənin atdığı qumbaraya sinəsini sipər edən əsgərimizin qəhrəmanlığı ilə qürur duyur.

8.90
Onlayn sifariş
7.12
-20%
Arrow
E-kitab
6.00
Səbətə at