TEZLİKLƏ
Duzlu desert
Poolyak dilindən tərcümə
Tiramisu, keks, şarlotka, dondurma, vafli...
Bəh-bəh, necə də ləzzətlidir! Amma kimsə bu şirniyyatları... duzlayır! Bir restoran üçün bu, əsl fəlakətdir!
Müştərilər şirniyyatları yeyən kimi ağızlarını büzüb şikayət edirlər, “Kaprışik” restoranının sahibi cənab Mitura isə nə edəcəyini bilmir!
Əgər belə getsə, onun restoranı bağlanacaq.
Bəlkə, tanınmış xəfiyyə duzlu desertlərin sirrini aça biləcək?!
Gecikmək olmaz!
Dərhal bu işə xəfiyyə Tomas Oleyniki və onun bacarıqlı dostlarını – balıq Klotildanı, pişik Kiçanı və dağsiçanı Yevseyi çağırmaq lazımdır.
Bu işdə onlara uğurlar arzulayırıq!
- 128 səhifə
- Yumşaq üz qabığı
- Əlavə: Poolyak dilindən tərcümə
- Ölçü: 151x213 mm
- ISBN: 9789952311181
- Qiymət : 6.00 AZN
-
Müəllif:
Aqneşka Stelmaşık
Anna Oparkovska
-
İllüstrator:
Anna Oparkovska