Sehrli abidələr
Hər ölkənin tarixi, onun mədəni irsi bu ərazidə yerləşən abi- dələrin daş yaddaşına həkk olunur. Elə buna görədir ki, bir ölkənin tarixi ilə tanış olmaq istəyən hər kəs həmin ərazidə yerləşən qədim abidələrə üz tutur. Neçə-neçə qanlı döyüşlə- rin şahidi olmuş, hər daşı bir tarix olan qalalar, məqbərələr, saraylar öz əzəməti ilə zamana meydan oxuyur. Bəzi abidələr əsrlərin sınağına tab gətirməsə də, onlar haqqında səyyahların əsərlərindən məlumat alırıq. Abidələr zamanın silinməz və də- yişməz şahidləridir, bəzən tarixi təhrif etmək cəhdləri də məhz bu abidələr sayəsində nəticəsiz qalır.
Hər bir Azərbaycan vətəndaşı bu ölkənin daş yaddaşı olan qə- dim abidələri tanımalı və tanıtmalıdır. Uşaqlar və gənclər üçün nəzərdə tutulmuş “Sehrli abidələr” kitabında Azərbaycanın abidələrinin tarixi, görünüşü, memarlıq xüsusiyyətləri və bu- günkü vəziyyəti barədə dolğun məlumatlar toplanıb.
- 412 səhifə
- Yaş Kateqoriyası: 12 yaşından yuxarı
- Bərk üz qabığı
- Ölçü: 190x245mm
- ISBN: 9789952532593
- Qiymət : 29.50 AZN
-
Müəllif:
Naib Əlizadə
Elçin Əliyev