
Azərbaycan dili 2-ci sinif
“Mən dil qaydalarını başa düşmürəm! Bu mətnləri anlamıram!” kimi ifadələri şagirdlərdən tez-tez eşidirik. Ancaq sizə təqdim etdiyimiz bu yeni təlim dəsti şagirdin Azərbaycan dilinə olan münasibətini tamamilə dəyişəcək. Azərbaycan dili fənni üzrə kurikulumun məzmun standartlarına cavab verən dəstlərdir. Hər bir kitab həm dərs vəsaiti, həm də iş dəftəridir. Dəstin bir üstünlüyü də ondadır ki, şagirdləri ağır dərslikləri hər gün məktəbə daşımaq qayğısından azad edir. Kitaba daxil edilmiş çoxşaxəli tapşırıqlar, müxtəlif növ mətnlər şagirdin inkişafına yönəlmiş səmərəli təlimə xidmət edir. Tapşırıqlar dil qaydalarının zorla əzbərlənməsinə deyil, onları tətbiq edərək və dəyərləndirərək öyrənməyə yönəlib. Dəst tədrisdə “məktəbli – araşdırıcı şagird – düşünən şəxs”zəncirini yaradır.
Azərbaycan dili 2-ci sinif 7 kitabdan ibarətdir. Ümumi səhifələrin sayı 400.
- Yumşaq üz qabığı
- ISBN: 9789952312560
- Qiymət : 28.00 AZN
-
Müəllif:
TƏMƏL kitab