Səbət
0
Ara toplam: 0.00 ₼

OYNA-ÖYRƏN 4+

TEZLİKLƏ
Books Icon

OYNA-ÖYRƏN 4+

“4+... Oyna-öyrən” 4 yaşdan yuxarı uşaqların çox sevəcəyi, heç ayrılmaq istəməyəcəyi kitablar dəstidir. Uşaqlar bu kitablardan əlifbanı və hesabı öyrənəcək. Onlar həm də buradakı şəkilləri rəngləyəcək, fiqurları kəsib yapışdıracaq, rəsm çəkəcək, kitablardan istifadə edərək məntiqi və yaradıcı oyunlar oynaya biləcəklər. Bu zaman müəllimləri və tərbiyəçiləri də uşaqlarla birgə işləyəcək.

Valideynlər də bu kitablardan yararlanıb evdə uşaqlarla fəal və səmərəli oyna-öyrən şəraiti yarada bilərlər. Hər kitab uşaqları daha çox maraqlandıran və onların diqqətini cəlb edən mövzulara aid şəkillərlə açılır. Beləliklə, OYNA-ÖYRƏN səyahətinə çıxmazdan əvvəl əlinizdə şəkilli və əyləncəli bələdçiniz olur!

Setə 9 kitab daxildir.

  • Yaş Kateqoriyası: 4+
  • ISBN: 9789952515541
  • Qiymət : 27.00 AZN
  • Müəllif: TƏMƏL kitab
27.00