OYNA-ÖYRƏN 5+
“(5+) OYNA-ÖYRƏN” məktəbəqədər təhsil müəssisələri, eləcə də uşaq inkişaf mərkəzlərində çalışan müəllim və tərbiyəçilər üçün 10 kitabdan ibarət köməkçi təlim dəstidir. Bu dəstin köməyi ilə valideynlər də ev şəraitində uşaqlar üçün maraqlı təlim mühiti yarada bilərlər.
Hər kitab uşağın marağını istiqamətləndirən mövzuya aid şəkillə açılır və bununla da “OYNA-ÖYRƏN” səyahəti başlayır! Vəsaitlərdə təqdim olunan müxtəlif öyrədici oyunlar, düşündürücü tapşırıqlar (krossvord, labirint, rəngləmə, “kölgəni tap”, “sıranı davam et” və s.) sadədən mürəkkəbə doğru prinsipinə əsasən tərtib olunub və bir-biri ilə qarşılıqlı şəkildə əlaqələndirilib. Beləliklə, uşaq birinci kitabdan başlayaraq sonuncuya qədər, tədricən yeni biliklər qazanır və intellektual bacarıqlarını inkişaf etdirir.
10 kitab, ümumi səhifələrin sayı 470.
- Yaş Kateqoriyası: 5+
- ISBN: 9789952515572
- Qiymət : 30.00 AZN
-
Müəllif:
TƏMƏL kitab