Səbət
0
Ara toplam: 0.00 ₼

Riyaziyyat 4-cü sinif

TEZLİKLƏ
Books Icon

Riyaziyyat 4-cü sinif

“Mən riyaziyyatı sevmirəm! Bu düsturları başa düşmürəm!” kimi ifadələri şagirdlərdən tez-tez eşidirik. Ancaq sizə təqdim etdiyimiz bu yeni təlim dəsti şagirdin riyaziyyata olan münasibətini dəyişə biləcək çıxış yollarından biridir. “Riyaziyyat” fənni üzrə kurikulumun məzmun standartlarına cavab verir. Hər bir kitab dərs vəsaiti, eyni zamanda da iş dəftəridir. Dəstin bir üstünlüyü də ondadır ki, şagirdləri ağır dərslikləri hər gün məktəbə daşımaq qayğısından azad edir. Kitaba daxil edilmiş çoxşaxəli tapşırıqlar şagirdin inkişafına yönəlmiş səmərəli təlimə xidmət edir. Tapşırıqlar riyazi biliklərin zorla əzbərlənməsinə deyil, riyazi təfəkkürün inkişafına yönəlib. Dəst təlimdə “öyrənən – araşdırıcı şagird – düşünən şəxs” zəncirini yaradır.

Riyaziyyat 4-cü sinif 7 kitabdan ibarətdir. Ümumi səhifələrin sayı 416. 

  • Yumşaq üz qabığı
  • ISBN: 9789952312614
  • Qiymət : 28.00 AZN
  • Müəllif: TƏMƏL kitab
28.00